Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 7% artıb | Banco.az

Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 7% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 290,264 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-sentyabr aylarına nisbətən 21,3% çoxdur.

Ötən 9 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 365,357 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,8% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 10,3% artaraq 205,151 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,2% artaraq 168,34 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 46,1 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 77,7 manat və 35,6 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et