Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmaları 38% artıb | Banco.az

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmaları 38% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 568,3 min və ya 37,8% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 38,1% azalaraq 168,5 min ton olub.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram