"Azərbaycanda hasil oluna bilməyən 2 milyard ton neft ehtiyatı mövcuddur" | Banco.az

"Azərbaycanda hasil oluna bilməyən 2 milyard ton neft ehtiyatı mövcuddur"

Azərbaycanda hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı var.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 10-da Bakıda “Baker Hughes” şirkəti tərəfindən təşkil olunan “Energy Forward” tədbirdə deyib.

SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil olunub. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq, eyni zamanda, bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Rövnəq Abdullayev qeyd edib ki, indiyədək Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrədək təbii qaz hasil edilib. O bildirib ki, SOCAR-ın qazma tresti tərəfindən “Bulla-91” kəşfiyyat quyusunda “Baker Hughes” ilə birgə quyudibi təzyiqlərin idarə olunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir.

"Azərtac"

Ən sərfəli krediti almaq üçün müraciət et