Azərbaycanda hansı investisiya layihələrinə üstünlük veriləcək | Banco.az

Azərbaycanda hansı investisiya layihələrinə üstünlük veriləcək

Azərbaycanda investisiya fəaliyyəti sahəsində prioritetlər müəyyən edilir.

Bu barədə məsələ “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, investisiya fəaliyyəti sahəsində aşağıdakı investisiya layihələri üzrə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan investisiya təşviqi tədbirlərinə üstünlük verilir:

7.1.1. iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına yönələn investisiya layihələri;

7.1.2. ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan investisiya layihələri;

7.1.3. əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən investisiya layihələri;

7.1.4. iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn investisiya layihələri;

7.1.5. müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən investisiya layihələri.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram