Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 9% azalıb | Banco.az

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 9% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 955,235 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,2% azalaraq 741 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6% azalaraq 2 083,4 milyon manat, aksizlər üzrə daxilolmalar 48,7% azalaraq 103,3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% azalaraq 27,5 milyon manat olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et