Azərbaycanda göbələk istehsalı sürətlə inkişaf edir | Banco.az

Azərbaycanda göbələk istehsalı sürətlə inkişaf edir

Azərbaycanda əhalinin ərzağa olan təlabatının böyük qismini ət və ət məhsulları təşkil edir. Bununla yanaşı bəzi məhsullar da vardır ki, həmçinin onlara da təlabat daim yüksək olaraq qalır. Bunlardan biri də lüks məhsul kateqoriyasına aid olan göbələkdir.

Hazırda dünyada yetişdirilən ümumi göbələk istehsalının 60-75 faizi şampinyonun payına düşür. Bu göbələklərin əsas istehsalçısı və ixracatçısı ABŞ-dır. Şampinyon göbələyi vitamin və minerallarla zəngin olduğundan faydalı ərzaq məhsulu sayılır. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.

Kosmetika sənayesində də böyük təlabat olan göbələyin illik dövriyyəsi 6 milyard dollar təşkil edir. İldən-ilə istehsal həcminin aşağı düşməsi isə qiymətinin getdikcə bahalaşmasına səbəb olur. Hazırda dünya üzrə bu göbələyin istehsal həcmi 100 tondur. Meşə ərazilərinin azalması adı çəkilən göbələk növünün də həcminin azalmasına gətirib çıxarır.

Sözügedən göbələk geniş istehsal həcminə görə Azərbaycanda da liderliyini qoruyur. Şampinyonların ölkəmizdəki ən böyük istehsalçısı isə Bakının Zirə ərazisi hesab olunur.

Fərdi biznes sahəsi olaraq, Azərbaycanın bir sıra bölgələrində meşə göbələyi yığımı və satışı yerli sakinlər tərəfindən həyat keçirilir. Azərbaycanda daha çox şimal bölgəsində meşələrdən göbələk yığılır. Ölkəmizdə quzuqarnı göbələyi deyilən göbələk növü var ki, Xaçmaz, Şabran meşələrində yetişir.

Azərbaycanda istehsalı ən geniş yayılmış ikinci göbələk növü İstridiya, asılqal (daha çox «veşenka» kimi tanınan) göbələkdir. Bakıda iki, Naxçıvan, Xaçmaz, Qax bölgələrində daha çox fərdi sahibkarlar tərəfindən yetişdirilən göbələyin müəssisələr üzrə ortalama aylıq istehsalı 800-1000 kg.-a bərabərdir. Həmin göbələk mart ayının ikinci on günlüyündən başlayaraq aprelin 15-nə kimi toplanır. Quzuqarnı göbələyı sıx meşənin tam ortalarında yetişərək həmin mühitə uyğun rəngdə olur. Bu göbələk ağacların çürüntülü yarpaqlarının qalıqlarından böyüyərək yetişir. Soyuq iqlimli yerdə kök salır, 15 gün ərzində yetişir. Onun yığılması çətin olduğu üçün kənd sakinləri məhsulu yolların kənarlarında 0.5 kiloqramını 10 manata satırlar. Alıcılar əsasən Bakı sakinləri və daxili turistlər olur.

Banco.az olaraq göbələk bazarı haqqında məlumat almaq üçün bu sahədə ekspert kimi fəaliyyət göstərən və ölkənin banklarından birində iqtisadçı-analitik olaraq fəaliyyət göstərən İftixar Kərimovun fikirlərini öyrənmək qərarına gəldik.

Ekspertin sözlərinə görə Azərbaycan göbələk bazarında özünəməxsus rola malikdir. Belə ki, ölkəmizdə istehsal gücü 1,200 tona çatmış göbələk istehsal edən zavodlar mövcuddur. Eyni zamanda ekspertin fikrinə görə, belə müəssisələrin illik istehsal gücü 3.6 milyon AZN-ə qədər çatıb.  Göbələk elə bir bitki növüdür ki, əkildikdən sonra bir ay ərzində 3 dəfə məhsul toplanıla bilir. Məsələn, 300 m2 sahədən 5 tona yaxın göbələk yığmaq mümkündür.  Azəbaycanın Xaçmaz, Quba, Qusar və Sumqayıt ərazisində 20-25 ton məhsul satışa çıxarılır.

Ekspertin fikrinə görə, Azərbaycanda nəinki böyük şirkətlər, eyni zamanda kiçik sahibkarlar da bu bazara öz töhfələrini verir. Belə ki, göbələk bazarında həftəlik 200-1000 kq istehsal gücünə malik olan müəssisələr fəaliyyət göstərir. Həmçinin bu müəssisələrdə kifayət qədər işçi qüvvəsinin olması əmək bazarında da məşğulluğun artmasına öz töhfəsini göstərir.

"Göbələk sektoru üzrə Azərbaycanın daxili bazarla yanaşı həmçinin xarici bazarda da uğurla təmsil olunur" deyə ekspert xüsusi vurğuladı. Belə ki, 2020-ci il ərzində 18 ton göbələk məhsulları və yerdombalanı, təzə və ya soyudulmuş şəkildə xaricə ixrac olunub (Rusiya Federasiyası, Gürcustan və İtaliyaya). İxracın ümumi məbləği isə 106.02 min ABŞ dolları səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram