Azərbaycanda geyim istehsalı azalıb | Banco.az

Azərbaycanda geyim istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında geyim istehsalı azalıb. Belə ki, ötən ay 6,8 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə geyim istehsalında 43,3% azalma müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 57,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram