Azərbaycanda geyim istehsalı azalıb | Banco.az

Azərbaycanda geyim istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən il geyim istehsalı azalıb. Belə ki, 2023-cü ildə ölkədə 122,6 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2022-ci illə müqayisədə geyim istehsalında 15.2% azalma müşahidə olunub.

Qeyd edək ki, ötən il ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 520,1 milyon manat dəyərində məhsul istehsal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et