Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-aprel aylarında geyim istehsalı azalıb. Belə ki, ötən ilk 4 ayda 32,5 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə geyim istehsalında 42,8% azalma müşahidə olunub.
Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 188,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!