Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 4 avqust 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Dövlət Sərhəd Xidmətinə məxsus gəmi də satışa çıxarılacaq.
Qeyd edilib ki, gəmi "Point Brower D" markalıdır. Dövlət nömrə nişanı S-104, buraxılış ili isə 1969-cu ildir.
Gəminin start qiyməti 172 500 AZN-dir. Gəmi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
