Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
Bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin bu gün keçirilən birgə iclasında aparılan müzakirələrdə deyib.
Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır.
Mənbə: Report.az