Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılılığı ilbəil azalır. Bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib: "Əgər 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4%-ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir".
"Gələn il DSMF-nin gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub", - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək: "Bu da 2016-ci illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiyaların 1,32 mln. nəfər olacağı gözlənilir. Buna baxmayaraq, orta aylıq qpensiya 8% artırılaraq 203 manata çatıdırılacaq".
Mənbə: Report.az