Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 104 ölkə arasında 94,95 MB/S sürətlə 50-ci yerdə qərarlaşıb. Azərbaycan dekabr ayı ilə müqayisədə mövqeyində 2 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 153 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Burada da Azərbaycan mövqeyində 1 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 91,27 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
