Azərbaycanda fərdi sahibkarların sayı 1,2 milyonu ötüb | Banco.az

Azərbaycanda fərdi sahibkarların sayı 1,2 milyonu ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2023-cü ilin iyul ayının 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 min 143 nəfər təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, fərdi sahibkarların 77,6 faizini kişilər, 22,4 faizini isə qadınlar təşkil edib.

Qeyd edək ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,8%) və Mərkəzi Aran (7%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram