Azərbaycanda fəaliyyət göstərən Bank zərər açıqladı | Banco.az

Azərbaycanda fəaliyyət göstərən Bank zərər açıqladı

Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin 1-ci yarısını 252 min manat zərər ilə başa vurub.

Filial 2019-cu ilin yanvar-iyun dövründə 197 min manat faiz gəliri əldə edib, qeyri-faiz xidmətləri üzrə isə 11 min manat zərər edib.

186 min manat cəmi gəlirə qarşı bankın cəmi xərcləri 428 minmanat təşkil edib. Eyni zamanda ehtiyatdan 11 min manat azad olub. Nətcədə filial ilk 6 ayı 252 min manat zərər ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, Pakistan Milli Bankının Bakı filialı ötən ilin 1-ci yarısını 31 min manat mənfəətlə başa vurmuşdu.  2018-in ilk 6 ay ərzində Pakistan bankının faiz gəlirləri 435 min manat,  qeyri-faiz gəlirləri 1 min manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

30 İyun 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı Filialı 10 milyon 294 min manat cəmi aktivlərə, 402 min manat cəmi öhdəliklərə və 9 milyon 887 min manat cəmi kapitala malik olub.

Bu il yanvarın 1-nə Bakı filialının aktivləri 11 milyon 543 min manat idi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et