Azərbaycanda fəal vergi ödəyicilərinin sayı - 12,3% ARTIB | Banco.az

Azərbaycanda fəal vergi ödəyicilərinin sayı - 12,3% ARTIB

2020-ci il yanvarın 1-nə Azərbaycanda fəal vergi ödəyicilərinin sayı 496 min nəfəri ötür.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Ötən ilin yekunları üzrə Azərbaycanda 496,13 min fəal vergi ödəyicisi qeydiyyata alınıb, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 12,3% çoxdur. Eyni zamanda, il ərzində fəal ƏDV ödəyicilərinin sayı 37,5% artaraq 24,822 min manata çatıb”, - Cabbarov cümə axşamı ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir əlavə edib ki, 2019-c ildə qeyri-neft sektorunda 99 minə yaxın əmək müqavilə imzalanıb (artım 18,3%).

Onun sözlərinə görə, əmək münasibətlərində islahatlar nəticəsində sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalarda müsbət dinamika müşahidə olunub. “Ötən il sosial sığorta üzrə daxilolmalar 26%, işsizlikdən sığorta üzrə - 39,1% artıb. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən transfertlərin payı tədricən azalır. 2020-ci ildə bu rəqəm 29,6%-dək azalmalıdır”, - Cabbarov bildirib.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et