Azərbaycanda fasiləsiz işləyəcək Ani Ödənişlər Sistemində hesablaşma qaydası müəyyənləşib | Banco.az

Azərbaycanda fasiləsiz işləyəcək Ani Ödənişlər Sistemində hesablaşma qaydası müəyyənləşib

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən təsdiq edilən reqlamentdə əməliyyat günü ərzində ödəniş sənədlərinin, sorğu, bildiriş və məlumatların göndərilməsi, qəbulu və emalı üzrə vaxt intervalları, sistemlərin iş vaxtlarının müvəqqəti dəyişdirilməsi proseduru, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) əməliyyat günü ərzində klirinq sessiyalarının sayı, Ani Ödənişlər Sistemində (AÖS) klirinq hesabının qalığı üzrə Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə aparılan tənzimləmələrin sayı, habelə XÖHKS-də və AÖS-də qəbul edilən bir ödəniş sənədinin maksimal məbləği müəyyən ediləcək.

Bu, AMB-nin İdarə Heyətinin qərarı ilə Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nda edilən dəyişikliklərdə əksini tapıb.

Artıq bu Qaydalar Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan AZIPS və XÖHKS-lə bərabər AÖS iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını da tənzimləyəcək.

AÖS iştirakçılar arasında hesablaşmaları təsdiq edilmiş reqlament əsasında 24/7/365 rejimində aparılması üçün istifadə olunacaq. 24/7/365 rejimi sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində həyata keçirilməsini nəzərdə tutan iş rejimidir. AÖS-də hesablaşmalar birbaşa iştirakçıların AÖS hesablaşma hesabları və iştirakçıların klirinq hesabları vasitəsi ilə həyata keçirilir. İştirakçılar AÖS-də ödəniş əməliyyatları həyata keçirən bank, Mərkəzi Bank (tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxslərdir. Birbaşa iştirakçının özünün və onun hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçıların klirinq hesabları onun AÖS hesablaşma hesabı ilə əlaqələndirilir. Birbaşa iştirakçı ilə birbaşa olmayan iştirakçı arasında bu Qaydalardan irəli gələn münasibətlər aralarında bağlanan müqavilə ilə tənzimlənir. AÖS-ün iştirakçıları sistemlərdə informasiya mübadiləsinin aparılması məqsədi ilə yaradılmış Qapalı Telekommunikasiya Şəbəkəsinə (QTŞ) qoşulmalıdır. İştirakçı müvafiq daxili informasiya resurslarını AÖS-ün informasiya mübadiləsi üçün nəzərdə tutulmuş əsas və köməkçi komponentləri ilə aidiyyəti üzrə inteqrasiya etməlidir.

AÖS-də informasiya mübadiləsinin təhlükəsizliyi aşağıdakı qaydada təmin olunur:

- informasiya təhlükəsizliyinin təmin olunması üçün  Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron sertifikatlarından istifadə olunur. Bu zaman sanksiya olunmamış kənar müdaxilələrdən qorunmaq üçün istifadə olunan məlumat ötürülmə kanalları şifrlənir və iştirakçıların qeydiyyat kodları üzrə autentifikasiya aparılır;

- iştirakçı AÖS-dən alınan məlumatların tamlığını və həqiqiliyini BSXM tərəfindən təqdim olunan açıq açar infrastrukturunun imkanlarından istifadə etməklə yoxlayır. Qəbul olunmuş məlumatların elektron imzası ilə bağlı aşkarlanan hər bir çatışmazlıq haqqında dərhal AMB-yə məlumat (elektron və ya kağız daşıyıcılarda) verilir.

AÖS-də iştirakçılar klirinq hesabları üzrə debet limitini aşağıdakı qaydada idarə edə bilərlər:

- birbaşa iştirakçı AZIPS-ə müvafiq formatda sorğunu (MT205) göndərməklə AÖS hesablaşma hesabı üçün debet limitini ilkin müəyyənləşdirə və artıra bilər. Bu halda iştirakçının müxbir hesabından silinmə aparılmadan göstərilən məbləğ əsasında limit müəyyənləşdirilir və göndərilən hər bir sorğu əsasında nəzərdə tutulan məbləğ debet limitinə əlavə edilir. AZIPS-də iştirakçının müxbir hesabında bu tipli  debet limitinin dəyişdirilməsi üzrə emal olunan hər bir sifariş haqqında real vaxt rejimində AÖS-ə məlumat ötürülür;

- birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə AÖS hesablaşma hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu ilkin olaraq AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ birbaşa iştirakçının AÖS hesablaşma hesabının xalis debet mövqeyindən artıqdırsa, sorğu real rejimdə AZIPS-ə ötürülür, az olduğu halda isə birbaşa iştirakçının debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Debet limitinin dəyişdirilməsi haqqında AZIPS-ə daxil olan sorğu iştirakçının müxbir hesabında olan vəsaitin həcminə uyğun olaraq emal olunur və nəticə barəsində AÖS-ə məlumat ötürülür. Sorğunun AZIPS-də emalının nəticəsindən asılı olaraq birbaşa iştirakçının debet limiti AÖS-də dəyişdirilir və bu haqda birbaşa iştirakçıya bildiriş göndərilir (camt.010);

- birbaşa iştirakçı AÖS-də müvafiq formatda sorğudan (camt.011) istifadə etməklə özünün və ya hesablaşma bankı olduğu birbaşa olmayan iştirakçının klirinq hesabı üçün debet limiti müəyyənləşdirə bilər. Debet limitinin idarə olunması üzrə sorğu AÖS-də emal olunur. Əgər sorğuda sifariş olunan məbləğ iştirakçının xalis debet mövqeyindən artıqdırsa, sorğu AÖS-də emal olunur, az olduğu  halda isə iştirakçının klirinq hesabı üzrə debet limitinin dəyişdirilməsi sorğusuna imtina bildirişi (camt.025/ERRC) göndərilir. Sorğunun uğurlu emalı nəticəsində klirinq hesabının debet limiti müəyyənləşdirilir və iştirakçıya bu haqda bildiriş göndərilir (camt.010); 

- AÖS-də iştirakçıların klirinq hesablarında aparılan əməliyyatlar üzrə gün ərzində sistemin iş reqlamentinə uyğun olaraq birbaşa iştirakçıların AZIPS-dəki müxbir və cari hesabları ilə tənzimlənmə aparılır;

- iştirakçıların klirinq hesabları üzrə ayrılmış debet limit bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə müəyyənləşdirilmiş həddən az olduqda AÖS aidiyyəti üzrə birbaşa iştirakçıya klirinq hesabları üzrə baş vermiş dəyişikliklər barədə bildiriş (camt.010) göndərir;

- iştirakçılar klirinq hesabındakı qalıq barədə məlumatın əldə olunması üçün AÖS-ə sorğu (camt.009) göndərir, kənarlaşma olduqda AÖS iştirakçıya imtina bildirişi (camt.025/ERRC), kənarlaşma olmadıqda isə cavab (camt.010) göndərir.

AÖS-də ödəniş əməliyyatları üzrə məlumat mübadiləsi aşağıdakı kimi həyata keçirilir:

- ödəniş tapşırığı (pacs.008) AÖS-ə göndərilir;

- ödəniş sorğusu (pain.001) AÖS-ə göndərilir;

- ödənişin geri qaytarılması tapşırığı (pacs.004) AÖS-ə göndərilir;

- ödənişin geri qaytarılması sorğusu (camt.056) AÖS-ə göndərilir.

İştirakçının ödəniş əməliyyatları üzrə AÖS-ə göndərdiyi məlumat formatlarında aşağıdakılar yoxlanılır:

- məlumat formatlarında məcburi sahələrin doldurulması;

- valyutalaşma tarixinin bu Qaydalara uyğunluğu (Sistemlərdə iştirakçının  göndərdiyi valyutalaşma tarixi əməliyyat günü ilə eyni olan ödəniş tapşırığı Mərkəzi Bank tərəfindən müvafiq ödəniş sistemi üzrə müəyyən edilən reqlament əsasında qəbul edilir və həmin gün emal olunur);

- sənəd nömrəsinin təkrarlanmaması;

- sənədin bu Qaydalara müvafiq olaraq AÖS üzrə müəyyənləşdirilmiş elektron ödəniş sənədlərinin formatlarına uyğunluğu;

- iştirakçı bank identifikasiya kodunun (BİK) düzgünlüyü;

- klirinq hesablarının düzgünlüyü;

- müxbir hesabların düzgünlüyü;

- iştirakçı BİK-nin və müxbir hesabının uyğunluğu;

Ən sərfəli kredit üçün müraciət et

- ödəniş məbləğinin AÖS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmaması.

Müəyyən edilmiş tələblərdən kənarlaşma olduqda sənədi AÖS-ə göndərən iştirakçıya emaldan imtina haqqında səbəbi göstərilməklə aşağıdakı bildirişlər göndərilir:

- ödəniş tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

- ödəniş sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.025/RJCT);

- ödənişin geri qaytarılması tapşırığının icrasından imtina edilməsi haqqında bildiriş (pacs.002/RJCT);

- ödənişin geri qaytarılması sorğusunun icrasından imtina edilməsi haqqında bildiriş (camt.029).

İştirakçıların AÖS-də fəaliyyətin təşkili üçün köməkçi məqsədlərlə göndərdiyi  digər məlumat formatlarında (pacs.028, pain.998, camt.033, camt.060, camt.998, camt.011) bu Qaydaların 3.5-ci bəndinə müvafiq olaraq sistem üzrə müəyyənləşdirilmiş elektron sənəd formatlarından kənarlaşma olduqda iştirakçıya emaldan imtina haqqında bildiriş (camt.025/ERRC) göndərilir.

Müəyyən edilmiş tələblərdən kənarlaşma olmadıqda birbaşa iştirakçıların və birbaşa olmayan iştirakçıların göndərdikləri sənədlər üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

- ödəniş tapşırıqlarının (pacs.008) icrası üzrə:

- emitent iştirakçı ödəniş tapşırığını (pacs.008) AÖS-ə göndərir;

- AÖS emitent iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödəniş tapşırığını təsdiqlənməsi üçün benefisiar iştirakçıya göndərir;

- benefisiar iştirakçı ödəniş tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

- AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq üzrə bildiriş (pacs.002/STAT) göndərir;

- AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina üzrə bildiriş (pacs.002/RJCT) göndərir;

- birbaşa iştirakçının tələbi ilə, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödəniş tapşırıqlarının surəti (pacs.008) birbaşa iştirakçıya göndərilə bilər.

AÖS benefisiar iştirakçıdan təsdiq bildirişi aldıqda emitentin klirinq hesabını debitləşdirərək, benefisiarın klirinq hesabını kreditləşdirir, emitent və benefisiar iştirakçılara (pacs.002/STAT), həmçinin vasitəçiyə (pain.002/STAT) təsdiq barədə bildiriş göndərir. AÖS benefisiar iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, emitent iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir, emitent  iştirakçıya (pacs.002/RJCT), vasitəçiyə isə (pain.002/RJCT) imtina haqqında bildiriş göndərir.

Bu Qaydalarda müəyyən olunmuş tələblərdən kənarlaşma olmadıqda iştirakçıların göndərdikləri ödənişin geri qaytarılması üçün  tapşırıqlar üzrə əməliyyatlar aşağıdakı qaydada icra edilir:

- benefisiar iştirakçı ödənişin geri qaytarılması üzrə tapşırığı (pacs.004) AÖS-ə göndərir;

- AÖS benefisiar iştirakçının klirinq hesabında ödəniş tapşırığındakı vəsaitin həcmi qədər bloklaşmanı həyata keçirir və ödənişin geri qaytarılması tapşırığını (pacs.004) təsdiqlənməsi üçün emitent iştirakçıya göndərir;

- emitent iştirakçı ödənişin geri qaytarılması tapşırığını təsdiqlədiyi halda AÖS-ə təsdiq bildirişi (pacs.002/AUTH), təsdiqləmədiyi halda isə imtina bildirişi (pacs.002/NAUT) göndərir;

- AÖS emitent iştirakçıdan təsdiq bildirişi aldıqda benefisiarın klirinq hesabını debitləşdirərək, emitentin klirinq hesabını kreditləşdirir və hər iki iştirakçıya təsdiq barədə bildiriş (pacs.002/STAT) göndərir;

- AÖS emitent iştirakçıdan imtina bildirişi aldıqda və ya bu Qaydalara müvafiq olaraq təsdiq edilmiş reqlamentdə  bu məqsəd ilə müəyyənləşdirilmiş vaxt intervalı ərzində cavab almadıqda, benefisiar iştirakçının klirinq hesabındakı ödəniş tapşırığının məbləği həcmində bloklaşmanı ləğv edir və hər iki iştirakçıya imtina haqqında bildiriş (pacs.002/RJCT) göndərir;

- birbaşa iştirakçının tələbi olduqda, onun vasitəsi ilə sistemdə fəaliyyət göstərən birbaşa olmayan iştirakçıların AÖS-də icra olunan ödənişin geri qaytarılma tapşırıqlarının surəti (pacs.004) birbaşa iştirakçıya göndərilir.

İştirakçı AÖS-dən aşağıdakı məlumat və sənədləri ala bilər:

- sorğu (pacs.028) göndərməklə ödəniş tapşırığının icra statusu haqqında bildiriş (pacs.002/STAT);

- sorğu (pain.998) göndərməklə ödəniş sorğusunun icra statusu haqqında bildiriş (pain.002/STAT);

- sorğu (camt.033) göndərməklə sistemdə icra edilmiş ödəniş tapşırığının surətini (camt.034);

- sorğu (camt.060) göndərməklə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş müddət çərçivəsində istənilən gün üçün klirinq hesabından çıxarış  (camt.998/TRANSREP);

- sorğu (camt.009) göndərməklə klirinq hesabındakı qalıq barədə məlumat (camt.010);

- sorğu (camt.018) göndərməklə cari əməliyyat günü barədə məlumat (camt.019).

İştirakçı AÖS-də 24/7/365 rejimində sərbəst mətn formatından (camt.998/TEXTMESSAGE) istifadə etməklə digər iştirakçılara məlumat göndərə bilər.  AÖS-də hər bir əməliyyat gününün sonunda iştirakçıya klirinq hesabından çıxarış  göndərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et