Azərbaycanda Facebook istifadəçilərinin statistikası (İyul, 2017) | Banco.az

Azərbaycanda Facebook istifadəçilərinin statistikası (İyul, 2017)

Müəllif: Orxan Rza

Bu yazıda siz Azərbaycanda Facebook istifadəçilərinin yeni statistikası ilə tanış ola bilərsiniz. Statistika Facebook Reklam Panelinin verdiyi göstəricilərə əsasən hazırlanıb. Buna görə də qeyd edilən göstəricilər reallıqla üst-üstə düşməyə bilər.

Statistikaya görə son bir ildə ölkədə Facebook istifadəçilərinin sayında dəyişiklik qeydə alınmayıb. Yenə ölkə üzrə aylıq aktiv istifadəçi sayı 1,7 milyon nəfərdir. Bunların 68%-ni kişilər, 32%-ni qadınlar təşkil edir. Yaşı 35 və daha çox olan insanların Facebook istifadəsində aktivliyi qeydə alınıb. Belə ki, son yarım ildə ölkədə yaşı 35 və daha çox olan Facebook istifadəçilərinin sayı 12% artıb.

Facebook verdiyi maraqlı statistikalardan biri də smartfon istifadəçiləri ilə bağlıdır. Hazırda ölkədə iPhone 6 ilə Facebook-a daxil olanların sayı 60 min, iPhone 7 ilə daxil olanların sayı 26 min, həmçinin iPhone 6 Plus – 7,6 min, iPhone 7 Plus – 7,8 min təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Samsung Galaxy istifadəçilərinin statistikası da maraqlıdır. Hazrda 1.6 min insan  Galaxy S7 ilə, 8.3 min Galaxy S7 Edge ilə, 1.7 min insan isə Galaxy S8 ilə Facebook-a daxil olur.

Ümumilikdə isə ölkədə Android cihazlarla Facebook-a daxil olanları sayı 1,1 milyon, iOS cihazlarla daxil olanların sayı isə 300 min təşkil edir.

Mənbə: orkhanrza.com

Ən sərfəli krediti almaq üçün müraciət et