2021-ci ilin avqustun 1-nə Azərbaycanda ev təsərrüfatlarının götürdüyü kreditlərin həcmi 7,463 mlrd. manat təşkil edib.
Cari ilin əvvəli ilə müqayisədə bankların ev təsərrüfatları üzrə kredit portfeli 11,2% artıb. Sözügedən sektorun kreditləşməsi ötən ilin eyni vaxtı ilə müqayisədə 13,8%, aylıq müqayisədə isə 1,9% artıb.
Qeyd edək ki, avqustun 1-nə ev təsərrüfatları üzrə kredit qoyuluşları ölkə üzrə kredit qoyuluşunun 48,6%-ni təşkil edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!