Azərbaycanda əsas kapitala yönələn vəsaitin həcmi artıb | Banco.az

Azərbaycanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb.

“İstifadə olunmuş vəsaitin 4 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub”, - məlumatda qeyd olunur.

Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 5 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et