Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI | Banco.az

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 919,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 513,4 manat, qeyri neft-qaz sektorunda 870,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 885,3 manat, özəl müəssisələrdə isə 957,4 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 374,8 manat), maliyyə-sığorta (2 338,6 manat), peşə-elmi və texniki sahədədir (1 537,7 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (546,5 manat), ticarət; nəqliyyat vasitələrinin təmiri (623,2 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 2 699,3 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir - 4 005,1 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram