Azərbaycanda ən yüksək və ən aşağı maaş bu sahələrdədir | Banco.az

Azərbaycanda ən yüksək və ən aşağı maaş bu sahələrdədir

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 479,2 manat, qeyri neft-qaz sektorunda 874,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 890 manat, özəl müəssisələrdə isə 959,1 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 339,4 manat), maliyyə-sığorta (2 308,1 manat), peşə-elmi və texniki sahədədir (1 541,4 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (546,2 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (555,2 manat) sahələrindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır - 2 694,8 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir - 3 962,3 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et