Azərbaycanda ən yüksək maaş verilən sahələr | Banco.az

Azərbaycanda ən yüksək maaş verilən sahələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 9,3 faiz artaraq 985,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 238,1 manat, qeyri-neft-qaz sektorunda 923,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 936,4 manat, özəl müəssisələrdə isə 1038,7 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (4 068,4 manat), maliyyə-sığorta (2 318,9 manat), informasiya və rabitə sahəsindədir (1 753,6 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (559,8 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır  2 835,3 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 5 048,2 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et