Azərbaycanda ən yüksək maaş hansı sahədədir? | Banco.az

Azərbaycanda ən yüksək maaş hansı sahədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 492 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904 manat, özəl müəssisələrdə isə 966 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 347,5 manat), maliyyə-sığorta (2 325,5 manat), peşə-elmi və texniki sahədədir (1 573,5 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (559 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (563,9 manat) sahələrindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır - 2 772,9 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir - 3 979 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram