Müəllif: Gülnar Əhmədli, Banco.az
Köhnə olmasına baxmayaraq, Rusiyanın "VAZ" markası Azərbaycanda hələ də populyardır.
Banco.az xəbər verir ki, bu, ölkənin ən böyük banklarından biri olan ABB-nin avtomobil bazarı ilə bağlı araşdırmasında qeyd edilib.
Araşdırmaya görə, ölkədə ən populyar 10 avtomobil markası aşağıdakılardır:
- Mercedes: 15.2%
- LADA (VAZ): 12.3%
- Hyundai: 11.1%
- Kia: 9.1%
- Toyota: 7.9%
- BMW: 6.8%
- Opel: 5.3%
- Chevrolet: 3.7%
- Nissan: 3.7%
- Ford: 3.6%
Ən populyar modellər və onların orta qiymətləri isə belədir:
- VAZ 2107: 5 739 manat
- Opel Astra: 9 852 manat
- Vaz 2106: 3 852 manat
- Kia Sorento: 37 227 manat
- Hyundai Elantra: 23 379 manat
- Hyundai Santa Fe: 31 704 manat
- Hyundai Sonata: 23 656 manat
- Chevrolet Cruze: 14 324 manat
- Ford Transit: 19 596 manat
- Mercedes E 220 d: 25 093 manat
Bizi sosial şəbəkələrdən izləyin!!