1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176,687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184,612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Bu barədə Maliyyə Nazirliyi məlumat verir.
Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.
Dövlət Qurumları | Xarici borcun məbləği Min ABŞ dolları |
“Azəravtoyol” | 1050814,8 |
“Dövlət Su Ehtiyatları Agentliyi” | 788111,1 |
"Azərbaycan Dəmir Yolları" | 729136,8 |
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi | 193006,8 |
Kənd Təsərrüfatı | 139393,8 |
Digər qurumlar | 284148,9 |