Azərbaycanda ən çox maraq bu sığorta növünədir – Açıqlama | Banco.az

Azərbaycanda ən çox maraq bu sığorta növünədir – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü  ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 118 milyon 307 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 816 min manat və ya 4,2% çoxdur. 

Banco.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar ayında bu göstərici 113 milyon 491 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 30 milyon 547 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 677 min manat və ya 13,7% çoxdur. Ötən ilin eyni dövründə 26 milyon 870 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 25,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 23,7% təşkil edib.

Sığorta növləri və ümumi sığorta fəaliyyətləri haqqında Banco.az-a açıqlama verən hüquqşünas, sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Azərbaycanda ən çox müraciət edilən sığorta növü könüllü həyat sığortasıdır:

“Ən çox sığorta yığımları bu sahədə görünür.  Ən populyar sığorta növü avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növüdür. Avtomobil sığortası növü üzrə ən populyar sığorta növüdür.
Ümumiyyətlə sığorta bizim qabaqcadan riskimizi sığortalayır. Hər hansı bir məsələ ilə bağlı əlimizdən çıxacaq, gələcəkdə baş verəcək daha böyük maliyyə sıxıntılarımızın aradan qaldırılması ilə bağlı çox yaxşı imkanlar yaradır. Hətta daha imkansız vətəndaşlar belə sığortanın üstünlüyündən istifadə etsələr, onlar üçün daha yaxşıdır.Qəflətən baş vermiş maliyyə sıxıntılarımızı, həmin məbləğlər bizi daha yaxşı formada sığortalanmağımıza zəmin yaradır”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et