Azərbaycanda ən çox maaş haradadır? - SİYAHI, MƏBLƏĞLƏR | Banco.az

Azərbaycanda ən çox maaş haradadır? - SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda ən çox və ən az maaş olan sahələr məlum olub. 2018-ci ilin ilk 4 ayının  məlumatlarna əsasən, Azərbaycanda orta aylıq əmək haqqı  539 manat təşkil edib. Ən çox əmək haqqı mədənçıxarma (neft-qaz) sənayesində olub ki, bu sahə üzrə əmək haqqı dövlət sektorunda 1 300 manat, özəl sektorda isə 4 430 manat qeydə alınıb. Başqa sözlə, sektor üzrə orta rəqəmi götürsək, ən çox maaşı özəl neft-qaz şirkətində çalışanlar alır.
 
Orta aylıq əmək haqqı üzrə növbəti yerdə maliyyə və sığorta fəaliyyəti sahəsi qərarlaşıb ki, bu sahə üzrə orta aylıq əmək haqqı dövlət sektorunda 1 390 manat , özəl sektorda 1 590 manat təşkil edib.
 
Ən az əmək haqqı kənd təsərrüfatı; meşə təsərrüfatı və balıqçılıq sahəsindədir. Bu sahədə əmək haqqı dövlət sektorunda 210 manat, özəl sektorda 333 manat təşkil edib.
 
Digər ən az əmək haqqı səhiyyə və sosial xidmətlərdədir. Bu sahədə əmək haqqı dövlət sektorunda 227 manat, özəl sektorda 297 manat təşkil edib.
Bəzi sahələrdə dövlət və özəl sektorda əmək haqqı çox fərqlənir. Elə sahələr var ki, fərq 2 dəfədən çoxdur.
 
Məsələn, dövlət idaretməsi və müdafiə; sosial təminatda  dövlət sektorunda 583 manat təşkil etdiyi halda, özəl sektorda 210 manat,  turistlərin yerləşdirilməsi və ictimai iaşə dövlətdə 768 manat, özəldə 512 manat təşkil edib.
 
Amma özəl sektorda maaşların dövlət sektoruna nisbətən yüksək olduğu sahələr daha çoxdur. Məsələn, peşə, elmi və texniki fəaliyyət sahəsində maaşlar dövlət sektorunda 404 manat, özəl sektorda 1944 manat, su təchizatı tullantıların təmizlənməsi və emalı dövlətdə 257 manat , özəldə 725 manat, informasiya və rabitə dövlətdə 601 manat, özəldə 1307 manat,  daşınmaz əmlakla əlaqədar əməliyyatlar dövlətdə 312 manat,  özəldə 667 manat təşkil edir.
 
Digər sahələrdə isə dövlət və özəl sektorun əmək haqqlarında elə də ciddi fərq yoxdur. Məsələn elektirik enerjisi qaz və buxar istehsalı bölüşdürülməsi və təzchizatı, dövlət sektorunda 564 manat , özəl sektorda 584 manat, digər sahələrdə xidmətlərin göstərilməsi, dövlət sektorunda 665 manat,  özəl sektorda 676 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

FED.az