Azərbaycanda ən çox istifadə olunan mobil telefon markası hansıdır? | Banco.az

Azərbaycanda ən çox istifadə olunan mobil telefon markası hansıdır?

Mobil telefon istehsalçılarının qlobal miqyasda Azərbaycan üzrə bazar payı açıqlanıb. “Global Stats” analitik şirkətinin məlumatına görə, Samsung şirkətinin ölkəmiz üzrə bazar payı 44.71%-dir. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 0.77% azalıb. 

İkinci ən populyar mobil cihazlar Xiaomi şirkətinə məxsusdur.

Xiaomi-nin yanvar ayında Azərbaycan üzrə bazar payı 31.43% olub. Bu göstərici dekabr ayına nisbətən 0.51% artıb. Üçüncü yerdə qərarlaşan Apple-ın bazar payı isə 14.73%-ə çatıb. 

Huawei 5.21%, LG 0.57%, Lenovo 0.5% bazar payı ilə növbəti pillələrdə yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram