Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-ci ilin sentyabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 29,22 faiz payla "Instagram" olub.
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib.
İkinci yerdə 25,13 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 20,15 faiz göstərici ilə "Pinterest" qərarlaşıb.
"Youtube" istifadəçilərinin fəallığı ötən ay 12,73 faizə bərabər olub.
"X"ın payı 6,6 faiz, "Reddit" 3,01 faiz, “VKontakte” sosial şəbəkəsinin payı isə 1,02 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!