Azərbaycanda 2019-cu ilin 30 dekabr tarixinədək ümumilikdə 27 812 nəfər ipoteka krediti götürüb ki, onunda 50,9%-i dövlət sektoruna, qalan 49,1%-i isə özəl sektorda çalışanların payına düşüb.
İpoteka krediti ən çox hərbi sahədə çalışan vətəndaşlara (5 886), ən az isə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara (213) verilib.
Ötən il ən çox ipoteka krediti alanlarının fəaliyyət sahələri üzrə bölgüsü:
# |
Borcalanların fəaliyyət sahələri |
Borcalanların sayı |
Borcalanların ümumi sayda payı, % |
1 |
Hərbi |
5 886 |
21,2 |
2 |
Digər |
5 580 |
20,1 |
3 |
Bank və sığorta qurumları |
5 484 |
19,7 |
4 |
Energetika |
3 378 |
12,1 |
5 |
Hüquq-mühafizə xidmətləri |
2 512 |
9 |
6 |
Yerli və xarici dövlət qurumları |
1 137 |
4,1 |
7 |
Təhsil |
902 |
3,2 |
8 |
Rabitə |
828 |
2,9 |
9 |
Tikinti |
581 |
2,1 |
10 |
Nəqliyyat |
466 |
1,6 |
11 |
Səhiyyə |
442 |
1,6 |
12 |
Xidmət |
403 |
1,4 |
13 |
Sahibkarlıq fəaliyyəti |
213 |
1 |
APA