Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 26 mlrd. 75 mln. manat təşkil edib. Bunun da 76.8%-i və ya 20 mlrd. 28 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ən ucuz kreditlər Bakı (11.6%) şəhərində verilib.
İqtisadi regionlar üzrə ən yüksək kredit faizləri isə Dağlıq Şirvanda (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı) olub. Burada ümumi verilən kreditlər üzrə orta faiz dərəcəsi 19.15% təşkil edib. Tam siyahı isə belədir:
Bizi sosial şəbəkələrdən izləyin!!