Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında əmlak sığortası üzrə 104 milyon 316 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 14 milyon 963 min manat və ya 16,8% çoxdur. 2025-ci ilin yanvar-may aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 89 milyon 353 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 911 min manat və ya 5,2% artaraq 18 milyon 458 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
