"Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı 17%-i ötüb" | Banco.az

"Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı 17%-i ötüb"

2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.

Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: “Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır. 2018-2022-ci illərdə orta əməkhaqqı 41%, median əməkhaqqı 86%, minimum əməkhaqqı isə 2,3 dəfə artb.

Burdan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması , digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et