Azərbaycanda əmək müqavilələrinin sayı artıb | Banco.az

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 493.463 vahid artıb və 2026-ci il yanvar ayının 1-nə 1.895.378 olub.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanınıda Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 491.744 vahid artaraq 1.031.666 təşkil edib.