Bu il noyabrın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 884 min 656 olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, təkcə oktyabrda müqavilərin sayında 16,1 min artım müşahidə olunub. Ümumi əmək müqavilələrinin 54,2 %-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.
