Azərbaycanda əmək müqavilələrinin sayı 44 %-dən çox artıb | Banco.az

Azərbaycanda əmək müqavilələrinin sayı 44 %-dən çox artıb

Bu il aprel ayının 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779 476 təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir. Bu əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239 554 vahid və ya 44,4 % çoxdur.

"Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir", - məlumatda deyilir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram