Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 750,3 mln. manat təşkil edib ki, bunun da 4 815,3 manatı və yaxud 62,1%-i xarici valyutada yerləşdirilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu nisbət fevralın 1-də 66,3% olub.
Başqa sözlə, fevralda əmanətlərin dollarlaşması 4%-dən çox azalıb.