Azərbaycanda əmanətlərin dollarlaşma faizi aşağı düşüb | Banco.az

Azərbaycanda əmanətlərin dollarlaşma faizi aşağı düşüb

"Azərbaycanda dollarlaşma aşağı düşməyə başlayıb".

Bunu ötən gün Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib.

O, əmanətlərin dollarlaşmasının 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə düşdüyünü deyib:

Ən sərfəli kredit üçün müraciət et

"De-dollarlaşma, deməli bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb".

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et