Müəllif: Gülnar Əhmədli, Banco.az
Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 13,2 faiz artaraq 2023-cü il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 12705,47 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 64,9 faizi milli, 35,1 faizi xarici valyutada qoyulub.
Məlumata görə, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 1,2 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!