Azərbaycanda əmanətlərin 34,2%-i xarici valyutada qoyulub.
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12524,9 milyon manat təşkil edib.
Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 4,8 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!