Azərbaycanda əmanətlərin 33%-i faizi xarici valyutada qoyulub | Banco.az

Azərbaycanda əmanətlərin 33%-i faizi xarici valyutada qoyulub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq 2024-cü il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 12 947,8 milyon manat təşkil edib.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xarici valyutada qoyulub.

Həmçinin oxu: Bankların depozit portfelinə görə renkinqi (IV rüb, 2023)

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 6,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-cü ilin əvvəlinə əhalinin banklardakı əmanətlərinin məbləği 11 743,0 milyon manat, 2022-ci ilin əvvəlinə isə 9 241,5 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et