Azərbaycanda əmanətlərdə dollarlaşma dərəcəsi artıb | Banco.az

Azərbaycanda əmanətlərdə dollarlaşma dərəcəsi artıb

Azərbaycanda əhalinin bank əmanətlərinin strukturuna görə, dollarlaşma dərəcəsi oktyabr ayının 1-nə 81,75% təşkil edib. Keçən ay bu göstərici 81,6% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 75,7% təşkil edib.

Mərkəzi Bankın hesabatına istinadən verilən xəbərə görə, cəmi depozit bazasında oktyabrın 1-nə dollarlaşma dərəcəsi 78,64% olub. Keçən ay bu göstərici 81,04%, ilin əvvəlində 81,6%, 2015-ci ilin analoji dövründə isə 75,41% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Kreditlərin strukturunda isə bu il oktyabrın 1-nə dollarlaşma dərəcəsi 47,29%, sentyabrın 1-nə 48%, ilin əvvəlində 49,4%, ötən ilin analoji dövründə 44,11% olub.

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et