Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14 faiz paya yüksəlib | Banco.az

Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14 faiz paya yüksəlib

"Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14 faiz paya malikdir". Bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib: "Texnoloji yeniliklər elektron ticarətdə yeni imkanlar açır. Qarşıdakı bir neçə ildə dünyada elektron ticarətin sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır. Ölkəmizdə də elektron ticarətin inkişafı üçün lazımi şərait mövcuddur. Hazırda Azərbaycandakı internet istifadəçiləri daha çox xarici elektron ticarət platformalarından istifadə edirlər. Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq eyni zamanda milli məhsullarımızı xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir".

Ən sərfəli kredit üçün müraciət et

​Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et