Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən il elektromobil idxalı artıb. Belə ki, 2023-cü il ərzində ölkəyə 3 102 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il ölkənin elektromobil idxalının dəyəri isə 125 milyon 268 min dollar olub.
Əlavə edək ki, 2023-cü ildə elektromobil idxalı 2022-ci illə müqayisədə həcm baxımından 6,2 dəfə, dəyər ifadəsində isə 7,1 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!