Azərbaycanda elektrik enerjisinin istehsalı artıb | Banco.az

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Bu ilin 11 ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində məlumat paylaşıb. Beləliklə, cari il ölkədə elektrik enerjisinin istehsalı 26 milyard 260,3 milyon kVt/saat, ixrac 2 milyard 546,8 milyon kVt/saat, idxal isə 126,3 milyon kVt/saat təşkil edib.

Nazir eyni zamanda yanvar-noyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 354,9 milyon kVt/saat artımla 1 milyard 855,4 milyon kVt/saat elektrik enerjisi istehsal edildiyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et