Azərbaycanda elektrik avadanlıqlarının istehsalı artıb | Banco.az

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı artıb

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvaravqust aylarında 165,8 milyon manatlıq məhsul istehsal olunub.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, elektrik avadanlıqlarının istehsalı isə 39,9 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3,5 dəfə, güc transformatorlarının istehsalı 57,3 faiz, ölçmə cihazlarının istehsalı isə 56,2 faiz artıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et