Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 1 milyard 112,9 milyon manat olub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.
O cümlədən, ötən ay hüquqi şəxslər əhaliyə 836,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.
Yanvarda hər bir ölkə sakini orta hesabla 108,8 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 15,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
report