Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 faiz artaraq 32.3 milyard manata çatıb.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, onun əhalinin hər nəfərinə düşən məbləği isə 6.5 faiz çoxalaraq 3471.7 manat olub.
Gəlirlərin 68.0 faizi son istehlaka, 9.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 21.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Əhalinin sərəncamında 29.4 milyard manat məbləğində gəlirləri qalıb və keçən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz artıb.