Azərbaycanda əhalinin ərzaq məhsullarının alışı doqquzaylıq minimuma enib | Banco.az

Azərbaycanda əhalinin ərzaq məhsullarının alışı doqquzaylıq minimuma enib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 2 824,1 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur. 

Təkcə fevral ayında əhali ərzaq məhsullarına 1 355,8 mln. manat xərcləyib ki, bu da yanvar ayı ilə müqayisədə 7,7% azalıb. Bu ötən ilin may ayından (866,9 mln. manat) bəri qeydə alınmış ən aşağı aylıq göstəricidir.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram